Zəlzələdə Türkiyəyə yardım aparan Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək

Sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək.

Məlumata görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat sosial şəbəkələrdən məşhur olan Sərvər Bəşirlinin avtomobilini Adıyamanda keçiriləcək sərgidə nümayiş etdirmək istəyir.

“Bu təklifi məmnuniyyətlə qəbul etdim. İstədikləri zaman götürə bilərlər”, – deyə Sərvər Bəşirli təklifə cavab verib.

Xatırladaq ki, Türkiyədə ötən il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən dərhal sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş dövlətə köməyə tələsən Sərvər Bəşirlinin fotosu böyük rezonans doğurub, Türkiyə-Azərbaycan münasibətlərinin simvoluna çevrilib.