Zəngilanda 12 yaşayış binası tikiləcək

Yaxın vaxtlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə başlanılacaq.

ONN media xəbər verir ki, artıq bununla bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara start verib.

Layihə çərçivəsində 12 ədəd çoxmənzilli yaşayış binası tikiləcək.