ONN İnformasiya Agentliyi

Zabuxda tarixi seçkiyə hazırlıq: yeni məntəqə yaradılıb, seçicilər qeydiyyata alınıb

Zabuxda tarixi seçkiyə hazırlıq: yeni məntəqə yaradılıb, seçicilər qeydiyyata alınıb
03 Fevral 2024 - 13:50

“Zabux camaatı 7 fevral növbədənkənar prezident seçkilərinə hazırdır. Doğma yurdumuzda səs verəcəyimizin qürur və sevincini yaşayırıq”.


Bunu 121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.1 saylı Zabux kənd tam orta məktəbində yerləşən məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.Mübariz RüstəmovM.Rüstəmovun sözlərinə görə, məntəqədə 1500-ə yaxın seçici qeydiyyata alınıb. Onlardan 549 nəfər Zabux sakini, digərləri isə Laçının Minkənd kəndindən başlayaraq Güləbirdə qədər olan əraziləri əhatə edən seçicilərdir.O bildirib ki, Zabux kəndinin ən yaşlı seçicisi 88 yaşlı Şəmil Fərəcovdur: “O ərizə ilə bizə müraciət edərək səyyar səsvermə hüququndan istifadə etmək istəyini bildirib. Onun və həmçinin səhhətində problem olan seçicilərimizin səsvermə hüququnu təmin etmək üçün səyyar qutular göndəriləcək”.Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png