ONN İnformasiya Agentliyi

Zakir Həsənov Rusiyaya gedir

Zakir Həsənov Rusiyaya gedir
16 Avqust 2019 - 13:31

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumata görə, Müdafiə naziri həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png