Zaur Baxşəliyev buna görə ad gününü qeyd etmir

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

ONN media xəbər verir ki, instaqram hesabında qardaşı oğlunun ad günündən görüntülər yayımlayan Zaur, anası Dilavər xanımın ona ad günü keçirməsini qadağan etdiyini bildirib:

“Özümü başa düşəndən ailəmizin daha bir qaydasnı kəşf etdim. Ad günlərimizi yalnız ailə üzvləri ilə birlikdə qeyd edirik. Bu anamın qaydasıdır. Düzdür, mən ad günümü 11 yaşımdan qeyd etmirəm. Onu da 1992-ci ildən anam qadağan etdi. Bəlkə də elə buna görə ad günlərimizdə yalnız operatorluq edirəm. Hamının sevincini kənardan hiss edib, onu yaddaşa köçürməyi daha üstün tuturam. Bu gün də qardaşımın balası Şəhriyarımızın 15 yaşına toplaşdıq!”, – deyə o qeyd edib.