ONN İnformasiya Agentliyi

Keçmiş psixoloji travmalardan QURTULMAĞIN YOLLARI

Keçmiş psixoloji travmalardan QURTULMAĞIN YOLLARI
10 Aprel 2023 - 11:10

Psixoloji travmaların səbəbləri müxtəlif ola bilər. Bu travmaların təsiri illərlə davam edə bilər.

ONN media xəbər verir ki, psixi problemlərə mütəxəssislər tərəfindən “görünməz yaralar” da deyilir. Uşaqlıqdan başlayaraq həyatımızın müəyyən dövrlərində təkrarlanan travmalar bütün həyatımızı təsir edə bilər.

Keçmiş psixoloji travmaları necə aradan qaldırmaq olar?

Yaşadığınız pis hadisələri mümkün qədər az xatırlayın. Həmin hadisələfrin keçib gedən bir proses olduöunu düşünün. Əgər yaddaşınıza nəzərat edə bilmirsinizsə, hələ də özünüzü pis, narahat hiss edirsinizsə, həkim nəzarəti altında ən təsirli travma müalicəsi üsullarından biri olan EMDR Terapiyasını sınaya bilərsiniz.

Baş verən hadisələri qəbul edin. Yaşadığınız ruhi sıxıntıları qəbul etməmək və vəziyyətlə mübarizə aparmaq sizi daha çox əsəbləşdirəcək və yoracaq. Problemin şiddətindən asılı olaraq, yaşadığınız vəziyyəti içinizdə saxlamaq, ə almağa başladığınız zaman travmanız hətta xroniki xəstəliklərə də səbəb ola bilər. Bu vəziyyətdə ediləcək ən yaxşı şey hadisəni qəbul etməkdir.

Görünən və ya yaşanan ağrılar nəticəsində etdiyimiz ilk iş həkimə müraciət etməkdir. Bəzi öhdəsindən gələ bilmədiyimiz travmatik hadisələr qarşısında mütəxəssisdən kömək almaq ən doğru üsullardan biridir. Bu, bütün prosesi sağlam şəkildə keçməyinizə kömək edəcəkdir.

Keçmişdə yaşadığınız mənfi hadisəni mövcud vəziyyətin şərtlərinə görə etdiyinizi və ya şərtlərin bunu tələb etdiyini düşünün. Keçmişdəki özünüzü və insanları bağışlayın və baş verən hadisələrdə günahkar axtarmayın. Buna görə də keçmişinizlə barışmaq, travmanızı aradan qaldırmağın ən müsbət cəhətlərindən biridir.

Bu müddət ərzində ətrafınızdan qopmamağa və hisslərinizi rahat şəkildə ifadə etməyə diqqət edin. Həyatınızı yoluna qaytarın və sevdiklərinizə vaxt ayırın.

İndiki zaman fokuslanın, sizə müsbət təsir edən işlərlə məşğul olmağa çalışın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png