ONN İnformasiya Agentliyi

Keşnişin faydaları

Keşnişin faydaları
01 Aprel 2023 - 19:57

Keşniş (Coriandrum L.) – Кинза, Кориандр – Kərəvizkimilər fəsiləsindən olan birillik ot bitkisidir. Vətəni Şərq ölkələri hesab edilir.

ONN media xəbər verir ki, Azərbaycanda keşniş adında 3 növ vardır. Əkin keşnişi, təpə keşnişi, çöl keşnişi (keçi keşnişi, çələmir). Bunlar başqa-başqa cinslərdir, yarpaqları oxşar olduğu üçün el arasında “keşniş” adlandırılır. Bunlardan daha çox əhəmiyyətli növ əkin keşnişidir (Coriandrum sativum L.).

Keşniş qiymətli efir yağlı bitkidir. Sabiq SSRİ-də istehsal olunan efir yağının 75%-i keşniş bitkisinin toxumundan alınırdı. Bu efir yağı toxumların tərkibində 2,9%, yaşıl kütləsində isə 0,3-0,5%-dir. Keşnişin tərkibindəki linnaleol spirtindən alınan ətirli maddədən ətriyyat, qənnadı, pivəbişirmə, likor-araq və s. sənaye sahələrində istifadə edilir.

Çöl keşnişinin tərkibi C və A vitaminləri ilə, şəkər və iştah açan maddələrlə çox zəngindir.

Becǝrilməsi:

Keşniş bitkisinin toxumları erkən yazda və payızda səpilir. Adətən, fərdi təsərrüfatlarda onun toxumları dağınıq üsulla səpilir. Cǝrgǝarası 30 sm, bitkiarası 10 sm-dir. Toxum cücərəndən 35-45 gün sonra bitkilərdən istifadə edilir. Seyrəltmə kökündən çıxartma üsulu ilə aparılır. 80-90 gündən sonra, toxum yetişir. İstər əkin, istərsə də təpə keşnişinin toxumları cücərmə qabiliyyətini 3-4 il saxlayır.

İstifadəsi:

Xalq təbabətində keşnişin yaşıl kütləsi çay kimi dəmlənərək, ondan təkcə sidikqovucu dərman kimi deyil, həm də öskürəyə qarşı istifadə edirlər. Adi keşnişin meyvələrindən hazırlanmış cövhər sarılıq və babasil xəstəliklərinə, yaşıl kütləsindən hazırlanmış cövhər isə hipertoniya və şəkər xəstəliklərinə qarşı istifadə edilir. Keşniş həm də qanazlığına qarşı,Mədə-bağırsaq xəstəliklərinə qarşı keşnişin, zirənin və razyananın toxumlarından bərabər miqdarda götürüb, əvvəl onları əzirlər, sonra isə qarışdırırlar. Bu qarışıqdan 2 xörək qaşığı götürüb, onu 1 stəkan suda dəmləyirlər. Sonra süzürlər və gündə 3 dəfə, hər dəfə 100 ml içirlər.

Daha bir resept: – 50 q keşniş toxumu və 50 q hind fındığı götürüb, onları suda qaynadıb, mədə qıcqırmasına qarşı, onun suyunu içirlər.

Şəkər xəstəliyinə qarşı 10 q səna yarpağı, 5 q xardal, 5 q zirə, 5 q cirǝ, 5 q keşniş toxumu, 15 q əzgil yarpağı, 50 q çörəkotu və 20 q qarabaşaqotu götürüb, onları suda qaynadırlar. Soyuduqdan sonra onu süzüb, birinci gün 1 kasa, ikinci gün 1 stəkan, üçüncü gün isə 1 fincan içirlər. İshal olarsa sona azaldılmalıdır. Bu, bir aydan sonra, üç gün təkrar olunur. Sonra on gün fasilə verilir və müalicə yenidən davam etdirilir.

Qaraciyər serrozuna qarşı keşnişin toxumlarını əzib, onu sıyıq halında qaraciyər nahiyəsinə yaxmalı.

Böyrək xəstəliklərinə qarşı kifayət qədər keşniş toxumunu götürüb, onu suda qaynadırlar. Soyuduqdan sonra, onu süzüb, gündə 3 dəfə, hər dəfə 50-100 ml içirlər.

Başgicəllənməsinə qarşı keşniş bitkisinin yaşıl kütləsinin suyuna və mərsin bitkisinin yarpaqlarının suyuna sirkə qarışdırıb, onu burunun içərisinə çəkirlər.

Başgicəllənməsi və ürək bulanması zamanı keşnişin yaşıl kütləsini suda qaynadıb, onun suyunu içirlər.

Baş ağrısı və başgicəllənməsinə qarşı keşnişin toxumlarını əzib, onu gündə 3 dəfə, hər dəfə 10 q şəkərlə qəbul etməli. Ya da 50-100 q keşniş toxumunu kişmişlə yeyirlər.

Mədə xəstəliklərinə qarşı keşnişin yaşıl kütləsini suda qaynadıb, onun suyunu içirlər.

Əl-ayaq titrəmələrinə qarşı 60 q armud, 60 q innab, 60 q keşniş, 15 q gül, 15 q razyana toxumu götürüb, onları bir litr su ilə qarışdırırlar. Qarışığın hissəsi qalana qədər qaynadırlar. Alınan mayeni gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edirlər.

Daha bir resept: – Əl-ayaq titrəməsinə qarşı 20 q kǝbabiyə (rozmarin) və 50 q keşniş toxumu götürüb, əvvəl onları əzirlər, sonra qarışdırırlar. Bu qarışıqdan gündə 3 dəfə, hər dəfə 10-20 q su ilə içirlər.

Sidik yolu iltihabına qarşı sidiyi saxlaya bilməyənlər, çox miqdarda qarabaşaqotundan, yer badamından və keşniş bitkisindən istifadə etməlidir.

Boğaz şişlərinə qarşı 10 q mərsin yarpağı, 10 q palid qozası, 10 q sumaq, 50 q keşniş suyu, 50 q cəviz qabığının suyu, 50 q mərsin yarpağının suyu və 10 q heyva yarpağı götürüb, suda qaynadırlar. Qarışıq sıyıq halına çatdıqda, onu süzüb, suyu ilə qarqara edilir, sıyığın qalan hissəsi isə parçaya yaxılaraq boyuna bağlanır.

Babasil qanaxmasına qarşı razyana, zirə, çərəkotu, cəfəri, nanə, keşniş və kərəviz toxumlarının hərəsindən bir ovuc götürüb, onları kifayət qədər suda qaynadıb, soyuduqdan sonra, süzüb, alınmış mayeni gündə bir neçə dəfə, hər dəfə 50-60 ml içməli.

İshala qarşı 50 q keşniş, 50 q razyana, 15 q cirə, 15 q sumaq, 15 q zirǝ, 15 q nanə, 35 q innab və kifayət qədər su götürüb qaynadırlar. Alınmış mayeni üzüm şirəsi və ya mərsin yarpağının suyu ilə içilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png