ONN İnformasiya Agentliyi

Aparıcı İlkin Həsəni bu yoldan şikayətçidir

Aparıcı İlkin Həsəni bu yoldan şikayətçidir
07 İyun 2023 - 14:46

“Sizə danışım Süleyman Vəzirov küçəsindən. Artıq neçə ildir bu ərazidə yaşayıram. Bura Xətai Rayon İcra Hakimiyyətinin binasının düz arxasında piyadalar üçün olan səkidir və illərdir belə bir vəziyyətdədir. Təsəvvür edin ki, icra hakimiyyəti binasının arxasında əgər yol belə bərbad vəziyyətdədirsə, görün, rayonun digər yerlərində vəziyyət necədir: nə maşın, nə piyada, nə uşaq , nə də əlil arabası keçə bilir, heç kim”.

ONN media xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında bildirib.

O, Süleyman Vəzirov küçəsindəki piyada keçidindən şikayətlənib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət edən İlkin bunları söyləyib:

“Avtomobil Yolları Dövlət Agentliyi, nəzərinizə çatdırım ki, Bakı şəhəri təkcə Neftçilər prospektindən ibarət deyil. Bakı şəhərinin digər küçələri də var. Eləcə də Süleyman Vəzirov küçəsi. Bu küçəni axırıncı dəfə nə vaxt xətləmisiniz? Baxın, qarşıda piyada keçidi var. Keçidin yalnız nişanları var. Bura piyada keçididir, amma xətti yoxdur. Gedirik qarşıya, ortada da xətt yoxdur. Yalnız bu təmir olunanda xətt çəkilib, ondan sonra yox”//axşam.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png