Boğaz ağrısı, diş sağlamlığı üçün nə etməliyik?

BOĞAZ, AĞIZ VƏ DİŞ XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN XALQ TƏBABƏTİ DƏRMAN MADDƏLƏRİ

ONN media angina zamanı təzə soyulmuş soğan iyləmək lazımdır.

Dezinfeksiyaedici, iltihabı aradan qaldırıcı dərman kimi angina və boğaz ağrısı zamanı çobanyastığı dəmləməsi ilə boğazı qarqara etmək yaxşı təsir edir.

Boğaz və diş ağrıları zamanı qurudulmuş qaraqınıq otunun dəmləməsi yaxşı təsir göstərən dərman vasitələrindəndir. Hazırlanma qaydası:

Bitki çiçək açan dövrdə onun yerüstü hissəsini toplayıb qurudur, toz halına salırlar. Bu tozdan 2 çay qaşığı götürüb yarım litr suda 30 daqiqa müddətində dəmləyib süzməli. Dozası: Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul etməli.

Boğaz ağrılarında, anginada, diş dibinin iltihabında büzüşdürücü və dezinfeksiyaedici dərman kimi adaçayı bitkisinin yarpaqlarından dəmləmə şəklində qarqara etmək üçün istifadə oluna bilər.

Angina zamanı limon işlətmək faydalıdır.

Angina zamanı qarqara etmək məqsədilə palıd qabığı bişirməsi (1:10 nisbətində) əlverişlidir. Bu baxımdan dazıotu dəmləməsi da faydalıdır.

Palıd qabığının dəmləməsini zəylə birlikdə büzüşdürücü qarqara dermanı kimi ağız boşluğu xəstəliklərində və boğaz ağrılarında işlətmək olar.

Xərçəngboynu otunun kökümsov gövdəsindən bişirmə və tinktura həmçinin duru spirtli ekstrat şəklində ağız nahiyəsi, boğaz və diş xəstəliklərində iltihaba qarşı bakterisid dərman kimi qarqara şəklində istifadə etmək olar.

Boğaz ağrılarında və stomatitlərdə gülümbahar çiçəklərini çay kimi dəmləyib qarqara etmək faydalıdır.

Ağız boşluğunun zədələnməsi zamanı çaytikanı yağı yaxşı təsir edir.

Boğaz və diş ağrıları zamanı kəklikotundan alınmış zəif konsentrasiyalı spirtli məhlulla qarqara etmek olar.

Tərxun boğaz ağrısını kəsir.

Bal şərbəti ilə qarqara etdikdə boğaz ağrısı sakitləşir, badamcıqların irini təmizlənir. Bal yedikdə isə ağız və damaq yarası sağalır.

Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir.

Qırtlağın iltihabı zamanı balın süd və ya razyana ilə qatışığı təsirli vasitə hesab edilir.

Təzə göy noxudun suyu ilə ağızı qarqara edəndə damaq şişi və diş ağrısını aradan qaldırır.

Boğaz ağrısı zamanı qoz şirəsi ilə qarqara etmək faydalı təsir edir. Qaydası: Taza qozun qabığını suyun üçdə biri qalanadək qaynadır və həmin miqdarda bal qanıb yenə üçdə biri qalanadək odda qatılaşdırırlar.

Arpa ununun keşniş suyu ilə təpitməsi boğaz şişi üçün münasib hesab edilən dərmanlardandır.

Tut şirəsi boğaz ağrısı üçün faydalıdır.

Darçın, səsi bəlğəmlərdən təmizləyir, nəfəs borusunda olan yapışqanlı rütubəti aparır, ağızdan gələn pis qoxunu ləğv edir.