ONN İnformasiya Agentliyi

Cəbrayılda italyan avtomobilləri istehsal ediləcək

Cəbrayılda italyan avtomobilləri istehsal ediləcək
11 Aprel 2023 - 15:33

“Araz Vadisi İqtisadi Zonası”nda İtalyanın İVEKO markalı avtomobilləri istehsal ediləcək.

ONN media xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.

İVEKO markalı italyan avtomobillərinin servis mərkəzinin yaradılması üzrə layihə işləri tamamlanıb və ən qısa zamanda mərkəzin inşasına başlanılacaq”, – o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il Fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png