ONN İnformasiya Agentliyi

Çin Hindistanı işğal edir: onlarla ölü var

Çin Hindistanı işğal edir: onlarla ölü var
17 İyun 2020 - 16:31

Çin və Hindistan sərhəd bölgəsindəki qarşıdurmanı sülh yolu ilə həll etməyə dair razılığa gəlib.

ONN media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Lisen danışıb.

Paytaxt Pekində təşkil olunan fövqəladə mətbuat konfransında çıxış edən mətbuat katibi bildirib ki, hər iki tərəf məsələni dialoq və müzakirə yolu ilə həll etmək, sərhəd bölgəsində gərginliyi azaltmaq, sülh və sabitliyi təmin etmək üçün razılaşıb.O, insidentin hind əsgərlərinin təxribatı və hücumu nəticəsində meydana gəldiyini vurğulayıb:

“Çin hökuməti bu hadisəyə görə Yeni Dehlini qüvvətli şəkildə protest edir. Bir daha Hindistanın razılaşmaya uyğun hərəkət etməsini, sərhəd bölgəsindəki qüvvələrinin sərhəd xəttini keçməməsini və vəziyyəti çətinləşdirməməsini tələb edirik”.

Qeyd edək ki, Hindistan mayın əvvəlində Çin əsgərlərinin 3 mövqedən Lədək bölgəsinə girdiyini, burada çadır və hərbi hissələr qurduğunu açıqlamışdı. Lədəkin şimalında və Siqqim əyalətində əsgərlərin üz-üzə gəlməsindən sonra bölgədə gərginlik artmışdı. Çinlə Hindistan arasındakı 3 min 500 kilometr sərhəd xəttinin böyük hissəsi bu gərginliyin əsas qaynağıdır. Çin Cənubi Tibet adlandırdığı Arunaçal Pradeş əyalətindəki 90 min kv.km əraziyə haqq iddia edir. Yeni Delhi hökuməti isə Aksai Chin plantasiyalarını əhatə edən 38 min kv.km ərazinin Çin tərəfindən işğal olunduğunu bildirir.

Bu çərçivədə yaşanan gərginlik ötən gün onlarla çinli və hind əsgərin ölümünə səbəb olub.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png