Diş ətinin qanaması hansı xəstəliyin gizli əlamətidir?

Qanayan diş ətləri gizli xəstəliyin ilk əlaməti ola bilər.

ONN media xəbər verir ki, diş sağlamlığı da ümumi bədən sağlamlığı üçün çox vacibdir. Bununla belə, dişlərin olduğu kimi diş ətinin də qayğı və sağlamlığını unutmaq olmaz. Bir çox insan diş əti qanamasını, adətən ciddi qəbul etmir. Amma diş əti qanaması gizlik xəstəliyin ilk əlaməti ola bilər.

Diş ətinin qanaxması bu xəstəliyin əlaməti ola bilər:

Diş ətinin qanaxması ağız və diş sağlamlığı üçün vacib bir problem olaraq qəbul edilir. Bir çox fərqli faktorun təsiriylə meydana gələ bilən bu qanaxmalar diş ətinin infeksiyası və iltihabı nəticəsində yarana bilər.

Diş əti qanamasının ən çox görülən səbəbi lövhə yığılmasıdır. Lövhə diş səthlərində yığılan bir film təbəqəsi kimi ifadə edilir. Dişlərdə lövhə yığılması baş verərsə, zamanla diş ətində infeksiy və iltihab meydana gələr. Bu, diş ətlərinin qanamasına səbəb ola bilər.

Bundan əlavə diş ətinin zədələnməsi, sərt fırçalama və diş ipindən düzgün istifadə edilməməsi də bu nəticəni verə bilər.

Diabet və vitamin çatışmazlığına diqqət yetirin!

Diş əti qanaması diş əti xəstəliyindən başqa digər xəstəliklərin də əlaməti ola bilər. Bunlara diabet və qan laxtalanma problemləri daxildir.

C və K vitamini əskikliyi kimi bəzi problemlərin əlaməti olaraq da bilinən diş əti qanaması ağız və diş sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir.