Fazil Mustafanın maşını nə üçün ekspertizaya aparıldı?

Silahlı hücuma məruz qalan millət vəkili Fazil Mustafaya məxsus avtomobil ərazidən götürülərək ekspertizaya aparılıb.

ONN media verir ki, bu barədə Baku TV-nin hadisə yerində olan əməkdaşı məlumat verib.

İlkin ehtimala görə, hadisəni törədən şəxs və ya şəxslər deputata ərazidəki hasarın arxasından atəş açıb.