Fulya Öztürkə mükafat verildi

44 günlük Vətən savaşından azərbaycanlılara çox yaxşı tanış olan jurnalist Fulya Öztürk xüsusi mükafata layiq görülüb.

ONN media verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, Öztürk Türkiyədə zəlzələ bölgəsində obyektiv və fədakar yayımlarına görə xüsusi mükafat ilə təltif edilib.