Hər zaman yuxulu olmağın səbəbləri nələrdir?

Bir qrup insanlar var ki, daimi yuxu istəyi halı yaşayırlar.

ONN media xəbər verir ki, bu halın səbəbləri barədə mütəxəssislər araşdırma aparıblar.

Ümumiyyətlə daimi yuxu istəyinin səbəbləri fərqli ola bilər.

Nisbətən müntəzəm yuxu rejiminə baxmayaraq, yüksək yuxululuq həm qidalanma ilə əlaqəli ola bilər, həm də ciddi xəstəliklərin xəbərçisi ola bilər. Əgər günortadan sonra meydana gəlirsə mütəxəssislər bunu ciddi təhlükəli hal kimi qiymətləndirirlər.

Ancaq yuxululuq kollektivdirsə, məsələn, ofisdə, o zaman bu, çox güman ki, təmiz havanın olmaması və nəticədə oksigen aclığının başlaması ilə əlaqədardır. Bəzi hallarda vitamin çatışmazlığını, dəmir çatışmazlığını, D vitamin çatışmazlığını göstərə bilər.

İngiltərəli mütəxəssislər məsləhət görürlər ki, bu halla mübarizə üçün ilk növbədə idman, qidalanma və yuxu rejimini dəyişmək lazımdır.

“Daha çox hərəkət etməyə başlayın, gündə minimum10 min addım zəruridir”.