“Haqqımı tələb etdim, qeyri-adi nəsə istəmədim”

Xəbər verdiyimiz kimi, aktrisa Ülviyyə Əliyeva çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevdən şikayət edib.

ONN media xəbər verir ki, sənətçi “Günaydın, Azərbaycan” verilişində açıqlamasına aydınlıq gətirib.

O bildirib ki, dediklərindən peşman deyil:

“Hər şey olduğu kimi qalır. Haqqımı tələb etmişəm. Qeyri-adi bir şey istəmədim. Sənətim, istedadım göz önündədir. Əvvəl-axır bunu deməli idim. İstedadı Allah verir. Bəndə istedadın qarşısını kəsə bilməz”.

Qeyd edək ki, Ü.Əliyeva Ə.Lalayevin onun Prezident mükafatı və fəxri ad almasına imkan vermədiyini deyib//axşam.az