ONN İnformasiya Agentliyi

Jurnalistin evinin yanında HADİSƏ

Jurnalistin evinin yanında HADİSƏ
02 Aprel 2018 - 16:13

ONN media xəbər verir ki, partlayış tanınmış jurnalist Sead Sadikoviçin evinin yaxınlığında baş verib. Həyətdə park olunmuş maşın göyə uçub.

İnsindent zamanı heç kim xəsarət almasa da şəhərdə insanlar təşvişə düşüb.

Jurnalist istintaqa deyib ki, hadisə zamanı evdə olmayıb, ancaq partlayan avtomobil onun həmişə maşın saxladığı yerdə park edilibmiş.

15 apreldə bu ölkədə prezident seçkisi keçiriləcək. Son aylar ərzində Monteneqroda zorakılıq halları artıb

2 gün əvvəl Podqoritsya şəhərinin "Azadlıq” meydanında killer qadın və kişini güllələyib. 29 martda 31 yaşlı kişinin zirehli avtomobili partladılıb. Nəticədə kişi ölüb.

16 martda optik mərkəzə naməlum şəxslər tərəfindən partlaycı maddə atılıb.

22 fevralda ABŞ səfirliyinə əl bombası atılıb. İknci bombanı atanda həmin şəxs özü partlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png