Məktəbəhazırlıq üzrə yerdəyişmə dayandırılıb

Bu gün saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

ONN media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.