ONN İnformasiya Agentliyi

Maşın bazarında vəziyyət – Ekspert bədbindir

Maşın bazarında vəziyyət – Ekspert bədbindir
03 İyun 2020 - 13:11

Avtomobil alğı-satqısı hazırda durğunluq dövrünü yaşayır. Karantin yumşaldılsa da, avtomobil bazarında vəziyyət dəyişməyib.

Bu barədə ONN media-a yol-nəqliyyat eksperti Elməddin Muradlı avtomobil bazarının durumu ilə bağlı danışarkən deyib. Ekspert bildirib ki, hazırda avtomobil bazarları açıqdır, satışda bəlkə də minlərlə avtomobil var, ancaq alıcı yoxdur:

“Son aylar daha ucuz qiymətə olan avtomobilərin satıldığı müşahidə olunur. Görünür, avtomobil həvəskarları da qənaətə keçib”.

Ekspert deyib ki, maşın alıcıları arasında yeni müştəri yoxdur:

“Avtomobil bazarının durumunun nə vaxt düzələcəyini proqnozlaşdırmaq çox çətindir. Xaricdən yeni maşın gətirilmir. Bazardakı maşınlar yenilənmədiyi üçün olan alıcılar da əliboş geri qayıdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png