Övladları Rəşad Dağlının 39 yaşını onsuz qeyd etdi

Bu gün meyxanaçı Rəşad Dağlının 39 yaşı tamam olur.

ONN media xəbər verir ki, hazırda meyxanaçı həbsdə olduğundan ailəsi ad gününü onsuz qeyd edib. Bu barədə Rəşadın oğlu Yusif sosial şəbəkə hesabında video paylaşıb.

O, atasının 39 yaşını qeyd etdiklərini bildirib. Yusif bacısı Betüllə üzərində 39 rəqəmi yazılan tortun şamlarını üfürüblər.

Azyaşlıların bu videosu sosial şəbəkə istifadəçilərini xeyli təsirləndirib. Onlar tez zamanda Dağlının həbsdən azad olunaraq ailəsinin yanına qayıtmasını arzu ediblər.

Xatırladaq ki, ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində Rəşad Dağlı qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi qətlə yetirib.