Qətiyyən işıqlı otaqda yatmayın – QORXULU SƏBƏBLƏR

İşıq altında gecə yatmaq orqanizmin sağlamlığına mənfi təsir göstərir.

ONN media xəbər verir ki, Yapon alimləri araşdırmaları nəticəsində bu qənaətə gəliblər.

Mütəxəssislər 63-84 yaş arası 550-dən çox insanın iştirak ilə eksperiment aparıblar.

Könüllülərin yarısından az hissəsi gecələr qaranlıqda yatıb. Qalanları lampa, televizor və digər işıqlandırma cihazları yandırılmış halda yuxuya gediblər. Nəticədə ikinci qrup şəkərli diabet, yüksək təzyiq və piylənmədən daha çox əziyyət çəkib. Səbəb sirkadiyalı ritmin pozulması olub.

Ekspertlər bildirirlər ki, ən sağlam yuxu üçün bütün işıq mənbələrini aradan qaldırın.

“Bunun üçün təkcə elektrik cihazlarını söndürmək deyil, həm də yatağı pəncərədən uzaqlaşdırmaq, pərdələri möhkəm bağlamaq lazımdır. Həmçinin xüsusi göz maskalarından istifadə etmək tövsiyə olunur”,- deyə alimlər qeyd edirlər.