Süd içmək niyə yuxu gətirir?

Məlumdur ki, süd bir sıra vitaminlərlə zəngin olduğu üçün gündəlik qəbulu faydalıdır. Bununla yanaşı bəzi valideynlər yatmadan öncə mütləq şəkildə uşaqlara 1 stəkan süd içizdirirlər.

ONN media xəbər verir ki, bu barədə mütəxəssislərin araşdırmalarına görə süd tez yuxuya getməyə kömək edir. Bəs bunun səbəbi nədir?

Rusiyalı qastroenteroloq Yekaterina Melnikova südün niyə yuxu gətirməyə kömək etməsi ilə bağlı araşdırma aparıb.

Mütəxəssisin sözlərinə görə südün tərkibində triptofan adlı maddə insanda tez yuxuya getmə halı yaradır. Triptofan yuxu hormonudur,bununla yanaşı onun da tərkibində melatonin adlı maddə var ki, hansı ki, insan bu hormon sayəsində yuxuya gedir.

“Ancaq həzm probleminiz varsa, süd şişkinlik yarada bilər və tez yuxuya getməyinizə mane törədər. Bu vəziyyətdə, banan kimi tərkibində triptofan olan digər qidaları yeməlisiniz”,- deyə qastroenteroloq bildirib.

Həkim gecə saatlarında spirtli içkilərin orqanizmə ziyan vurması və yuxunun keyfiyyətini pisləşdirən zərərləri barədə də xəbərdarlıq edib. Qaranlıq və təmiz havası olan otaqda yatmaq, saat 23:00-dan əvvəl yatmaq tövsiyə olunur.