Türk pianoçu İlham Gencer vəfat edib

Türkiyəli məşhur caz müğənnisi, pianoçu İlham Gencer vəfat edib.

ONN media xəbər verir ki, bu barədə sənətçinin oğlu Bora Gencer məlumat yayıb.

O, 100 yaşında Bodrumda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, İ.Gencerin “Üsküdar’a gider iken”, “Bak bir varmış bir yokmuş”, “Zamanın kızları”, “Bak biri varmış, biri yokmuş” və digər əsərləri ona şöhrət qazandırıb.