ONN İnformasiya Agentliyi

Türkiyə ilə sərhədə ABŞ gəmisi yanaşdı: 30 helikopter…

Türkiyə ilə sərhədə ABŞ gəmisi yanaşdı: 30 helikopter…
27 Fevral 2021 - 20:11

ABŞ-a məxsus iritutumlu gəmi Yunanıstan-Türkiyə sərhədindəki Dədəağac limanına yaxınlaşıb.

ONN media  xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfirliyi Tvitter hesabında paylaşım edib.

Bildirilir ki, gəmidən ABŞ ordusuna məxsus helikopter və zirehli texnikalar endirilib.

Məlumata görə, Yunanıstana gətirilən 30 helikopter mart ayında Rumıniyada keçiriləcək təlim üçün Balkan ölkəsinə uçacaq.

Səfirlik helikopterlərin bölgədə 9 ay qalacağını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın Yunanıstanın Dədəğac limanına 110 “Blək Havk” və 25 “Apaçi” hücum helikopteri, 10 “Çinuk” ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi barədə məlumat vermişdik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png