ONN İnformasiya Agentliyi

Vərdişlər neçə günə formalaşır?

Vərdişlər neçə günə formalaşır?
22 Aprel 2023 - 18:22

Amerikalı alimlər hər hansı vərdişin 21 gündə formalaşması ilə bağlı məşhur fikri şübhə altına alıblar.

ONN media xəbər verir ki, bu məqsədlə onlar 30 mindən çox idman zalı ziyarətçisinin məşq məlumatlarını öyrəniblər.

Maşın öyrənmə üsullarından istifadə edən tədqiqatçılar bəzi vərdişlərin digərlərindən daha uzun müddət formalaşdığını aşkar etdilər. Məsələn, idman məşqlərini vərdiş halına gətirmək üçün təxminən 6 ay vaxt lazımdır.

Yeni şəxsiyyətin formalaşması daha çox konkret insandan və bir çox amillərdən asılıdır: davranışından, məşğuliyyətin ondan nə qədər vaxt və səy tələb etməsindən.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png