“WhatsApp” faydalı funksiyanı işə saldı

“WhatsApp”da yeni funksiyanı işə salıb.

ONN media xəbər verir ki, istifadəçilər artıq profildə abunə olduğu kanalların siyahısını müşahidə edə biləcək. “WABetaInfo”nun məlumatına görə, yeni funksiya hələlik test mərhələsindədir və “iOS”, “beta” versiyasında istifadəyə verilib. Siyahı “Status” bölməsində yerləşdirilib. Bildirilir ki, yeni bölmənin adı “Yeniləmələr” olacaq. Bu yenilik istifadəçinin cari vəziyyətini və abunəliyini ehtiva edir.

Qeyd edək ki, bu funksiya “Telegram”dan götürülüb. Buna görə də WhatsApp”dakı kanalların “Telegram”dakı kanalların prinsipinə uyğun qurulacağı güman edilir. Belə ki, istifadəçilər hansı kanala abunə olarsa lentdə həmin kanalların məzmununa baxa biləcəklər.