​“WhatsApp”da 3 yeni funksiya

“Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq alacaqsınız”, – deyə mesencerin administrasiyasından bildirilir.

ONN media xəbər verir ki, bundan əlavə, haker hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə məlumat verilir – bu funksiya istifadəçidən heç bir hərəkət tələb etmədən avtomatik işləyəcək.

Həmçinin “WhatsApp”da “Şifrələmə” bölməsində təhlükəsizlik kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin olmağa kömək edəcək.