Xankəndidə qələbə paradına hazırlıq – Ermənistanda isteriya yaşanır

Noyabrın 8-də Xankəndində qələbə paradının keçiriləcəyi haqda yayılan məlumatlar Ermənistanda kədərlə qarşılanıb.

ONN MEDİA xəbər verir ki, Xanakəndidə planlaşdırılan paradla bağlı informasiyanı tirajlayan Ermənistan mediası Paşinyan hakimiyyətini və Qarabağda ləğv edilmiş separatçı rejimin “rəhbərlərini” tənqid edir.

Erməni şərhçi Qalust Qriqoryan Xankəndidə qələbə paradının keçirilməsini “erməni xəyallarının sonu” adlandırır.

“Verelq” saytı isə paradı Paşinyan hakimiyyətinin 2018-ci ildən sonra həyata keçirdiyi siyasətin məntiqi sonluğu olaraq şərh edib.

“Hraparak” nəşri isə paradda Prezident İlham Əliyevin iştirakını xüsusilə vurğulayıb.

Qeyd edək ki, noyabrın 8-də keçirilməsi planlaşdırılan hərbi paradda Prezident İlham Əliyevin iştirak edəcəyi, qələbə mərasiminin daha sonra Şuşada davam etdiriləcəyi haqda məlumat yayılıb.

Erməni separatizminin ləğvindən sonra Xankəndidə hərbi parad hazırlığı Ermənistanda isteriya ilə qarşılanır. Bu isteriyanın paradın keçiriləcəyi gün daha da artacağı gözləniləndir.