Yıldız Tilbe: “Daha da gözəlləşib özümə problem yaratmaq istəmirəm”

Müğənni Yıldız Tilbe yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.

ONN media xəbər verir ki, bayramda sevənləri qarşısında çıxış edən ifaçı çox gözəl xanım olduğunu vurğulayıb.

Fanatlarından birinin sualına cavab verən sənətçi, “Mən yetəri qədər gözələm.

Bu səbəbdən daha da gözəlləşib özümə problem yaratmaq istəmirəm”, – sözlərini söyləyib.

Bir müddət əvvəl Türkiyə mətbuatında makiyajsız fotoları yayılan və bəyənilməyən Tilbenin bu açıqlaması müzakirələrə səbəb olub.