ONN İnformasiya Agentliyi

Ən tənbəl bürclər bunlardır

Ən tənbəl bürclər bunlardır
27 Mart 2023 - 10:47

Astrologiya və ulduz falının insanların xarakterlərinə təsiri hər kəsə məlumdur. Bəzi insanlar səliqəsiz və nizamsız yaşaya bilmədiyi halda, bəziləri heç nəyə görə rahatlığını pozmur, hətta kənar tənqidlərə göz yumur. Digər insanın niyə bizim etdiyimiz kimi davrandığını anlamaqda tez-tez çətinlik çəksək də, astrologiya cavabı verir. Bəzi bürclər doğuşdan tənbəldirlər…

ONN media xəbər verir ki, ən tənbəl 6 bürcü təqdim edir:

Qoç

Qoç çirkli mühitdə yaşamağı sevmir. Amma onları yığışdırıb səliqə-sahmana salmağa da çox vaxtları olmur.

Qoç bürcləri evdə çox qalmırlar. Onlar həmişə kənarda sosiallaşaraq yaşayırlar. Heç kimi evinə dəvət etmədiyi üçün təmizlik işinə ehtiyac duymur. Qoçlar bu baxımdan inanılmaz dərəcədə rahatdırlar.

Xərçəng

Xərçəngdə dağınıqlıq bir az fərqlidir. Onlar öz xatirələrinə çox bağlı olurlar. Bu səbəbdən əllərində olan köhnə əşyaları belə atmaqda çətinlik çəkirlər.

Xərçənglər həmişə bir küncdə əşyalar yığırlar. Onlar hər şeyə qarşı həddindən artıq nostaljikdirlər. Səbəb maddi dəyər deyil, sadəcə olaraq əşyalarını tərk etməkdə çətinlik çəkirlər.

Xərçəng bürcündən olan insanlar səliqəni qəti sevmirlər. Hamam otaqlarında çirkli pal-paltar görsəniz, təəccüblənməyin.

Əkizlər

Əkizlər həmişə məşğuldur. Hər nöqtəyə çatmağa çalışan və yeni insanlarla tanış olmağı sevən əkizlər bürcü, son dərəcə sosial olduqları üçün evdə qalmırlar.

Həqiqətən ehtiyac olmadıqca, heç vaxt toz almır, təmizlik işləri görmürlər.

Həyatlarında ən çox maraqlandıqları şey sosiallaşmaqdır. Bu səbəbdən ev işlərinə çox əhəmiyyət verməz və təmizlik işləri üçün özlərini yormazlar.

Oxatan

Oxatan bürcünün zehni eyni anda müxtəlif yerlərdədir. Ona görə də oxatan bürcünün təmizlik həvəskarı olmasını gözləmək yersiz olardı.

Oxatan bürcü həmişə yeni yerlər axtarır. Evdə vaxt keçirmək istəmirlər. Bu səbəbdən ev işləri onlar üçün deyil.

Onlardan kirli paltarlar yumaq kimi bir şey tələb olunduqda ağların yaşıl və çəhrayı rəngdə olması da mümkündür, çünki ağılları daima məşğuldur.

Dolçalar

Dolçalar dərin düşüncəli insanlardır. Onlar fikirlərlə o qədər məşğuldurlar ki, təmizlik etmək dolçanın ağlına belə gəlmir.

Onlar oturub kitaba dərindən dalacaq, mühazirə oxuyacaqlar və ya biliklərini artıracaq başqa bir şey oxuyacaqlar, lakin heç vaxt təmizlik üçün hərəkətə keçməyəcəklər.

Dolça öz qarışıqlığında nizam yaradır və belə yaşayır. Onların mürəkkəb həyatını anlamaq həqiqətən çətin ola bilər.

Balıqlar

Balıqlar xəyalpərəstdir və bu səbəbdən bir az dağınıq ola bilirlər. Onlardan tək bir otağı təmizləmələrini istəsəniz, hər bir neçə dəqiqədən bir fikirləşəcəklər.

Düşən pərdə, portağal qabıqları, hamısı bir tablo kimi ortada qala bilir. Balıqların dağınıqlığı zamanla böyüyür və çox sıxlaşa bilər.

Buğa, şir, qız, tərəzi, əqrəb və oğlaq təmizlikdə kifayət qədər yaxşıdır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png