6-cı siniflər üçün daha bu fənlər keçirilməyəcək

Fənlərin saylarına baxılmasına ehtiyac var.

ONN media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

“Fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələr başlanılıb. Hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə isə baxılır”,- deyə o əlavə edib.

E.Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq//axar.az