ONN İnformasiya Agentliyi

Ağcaqanadlar daha insanlara yaxınlaşa bilməyəcək

Ağcaqanadlar daha insanlara yaxınlaşa bilməyəcək
07 İyun 2023 - 14:02

Alimlər ağcaqanadları qovmaq üçün 99 faiz təsirli maddə hazırlayıblar.Yeni hazırlanmış qovucu maddə bir növ “kimyəvi kamuflyaj” təmin edir və ağcaqanadların fərdə yaxınlaşmasının qarşısını alır.

ONN media xəbər verir ki, ağcaqanad dişlədikdə qaşınma və qızartı kimi narahatlıqlar yaranır. Ən çox da malyariya daşıyıcısı olan ağcaqanad növlərinin dişləmələri səbəbindən hər il dünyada yüz minlərlə insanı həyatını itirir.

Bu səbəbdən də alimlər ağcaqanadlara qarşı mübarizə üçün uzun müddətdir yeni maddə üzərində çalışırlar.İsrailin İvrit Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində hazırlanan bu maddənin 99 faiz təsirli olduğu bildirilib.

İvrit Universitetinin Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit fakültəsinin aparıcı tədqiqatçısı Dr. Jonathan Bohbot qeyd edib ki, inkişaf etdirdikləri bu kimyəvi maddə ağcaqanadları insana tərəf çəkən qoxunun qarşısını alır.

“Sözügedən maddə ağcaqanadlara qarşı mexaniki qoruma təmin edir və sellüloza polimeri ilə kimyəvi kamuflyaj rolunu oynayır. Ağcaqanadları özünə cəlb edən qoxunun qarşısını alır və sonra qorunma müddətini uzadır “, – deyə mütəxəssis bildirib.

Doktor Bohbotun sözlərinə görə, indiyə qədər hazırlanan anti-ağcaqanadlar ağcaqanadların insanı dişləməsinin qarşısını alır. Yeni hazırlanmış qovucu maddə isə ağcaqanadların insana yaxınlaşmasını əngəlləyir.

Yeni hazırlanmış repellentin formulası iki təbii inqrediyentin birləşməsindən ibarətdir. Bunlar indol çiçəklərdə olan ətir ekstraktı, digəri isə sellüloza adlı polimerdir.

“PNAS Nexus” jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, selüloz nanokristallarının indol ilə birgə təsiri ekspozisiyadan sonrakı ovulyasiyanı 99,4 faiz azaldır. Tədqiqat qrupu məhsulun gələn il hazır olacağını proqnozlaşdırırlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png