ONN İnformasiya Agentliyi

Artıq çəkidən xilas olmaq üçün nə etməliyik?

Artıq çəkidən xilas olmaq üçün nə etməliyik?
12 Aprel 2023 - 11:49

ONN media xəbər verir ki, artıq çəkidən xilas olmaq üçün təbii resept budur.

Tərkibi:

Qarğıdalı (saçağı)

Zoncirotu (yarpağı)

Boymadərən (otu)

Şalfey (otu) sürve

Kasni (kökü, otu)

Murdarça (qabığı)

Cəfəri (toxumu)

Nanə (otu)

Hazırlanması:

Otları eyni nisbətdə qarışdırın və 2 xörək qaşığı otu 0,5 litr qaynar suda termosda dəmləyin. Gündə 3 dəfə yeməkdən 15 dəqiqə əvvəl 100 ml, 2 ay içmək lazımdır. Cəfəri şirəsi böyrəklərin fəaliyyətini tənzimləyir, sidik kisəsinin xəstəliklərini müalicə edir, daxili sekresiya vəzilərinin fəaliyyətini normallaşdırır, baş ağrısını kəsir, dərini təmizləyir.

QEYD:

Pəhriz gözləmək lazımdır, əgər o tibbi nöqteyi- nəzərdən allergiya verməzsə, qəbul edilməlidir.

Şəkər, bal, ədviyyalar, mürəbbələr, ətirli otlar çəkini artırır.

Duzlu yeməklər olmaz.

Qəbul etmək olmaz: Qazlı içkilər, konservləşdirilmiş sular, kolbasa, vetçina, hisə verilmiş, qızardılmış, duzlu yeməklər, marinad balıq, xərçəng, pendir, dondurma, konfetlor, çörək məmulatı, qarğıdalı, konservləşdirilmiş tərəvəzlər, qızardilmiş kartof, pomidor, duzlu quru meyvələr, gavalı, ərik, albalı, banan, naringi, qarağat, yemiş, duz, maya, soda, zeytun, marqarin, bütün konservlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png