ONN İnformasiya Agentliyi

Azərbaycanda kino strategiyası hazırlanır

Azərbaycanda kino strategiyası hazırlanır
20 Aprel 2023 - 12:16

Azərbaycan kinosu üçün 2020-2040-cı illəri əhatə edən strategiya hazırlanır.

ONN media xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli məlumat verib.

Bakıda keçirilən Kino forumunda çıxış edən nazir deyib ki, tədbirdə müzakirələr əsnasında problemlərin həlli yollarının müəyyən ediləcəyinə ümid edir.

“Ümid edirik ki, forumda səsləndirilən fikirlər, təkliflər həmin strategiyaya öz töhfəsini verəcək”, – deyə nazir qeyd edib.

Adil Kərimlinin sözlərinə görə, kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyub və Kino Agentliyinin yaradılması üçün nazirlik aidiyyəti qurumlarla birgə lazımi tədbirlər görüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png