ONN İnformasiya Agentliyi

Azərbaycanda xərçəng xəstəliyini erkən tapan yeni üsul

Azərbaycanda xərçəng xəstəliyini erkən tapan yeni üsul
02 İyun 2023 - 15:41

İngiltərədə qan testi ilə 50-dən çox xərçəng növünü aşkar etmək mümkün olacaq.

ONN media xəbər verir ki, İngiltərə və Uelsdə ailə həkimlərinə bəzi şübhəli əlamətlərlə müraciət edən 5000 insan üzərində aparılan testlər xərçəngin üçdə ikisini düzgün aşkar edib.

Test həmçinin xərçəng hallarının 85 faizində xəstəliyin növünü də təyin edib.

“Galleri” adlanan test müxtəlif xərçəng növlərindən sızan genetik kodun hissələrində spesifik dəyişiklikləri axtarır. Müalicə edilə bilən xərçəng növlərinin testlərlə erkən aşkarlanması insanların həyatını xilas edə bilər.

Oksford Universitetinin tədqiqatçıları testin hələ də “inkişaf üçün açıq olduğunu” bildirirlər. Bununla belə, ekspertlər bunun xərçəng diaqnozu qoyula bilən halların sayını artıracağını da düşünürlər.Tədqiqata daxil edilən xəstələrin 350-dən çoxunda skan və biopsiya kimi ənənəvi üsullardan istifadə edərək xərçəng diaqnozu qoyulub.Araşdırmada qan testi müsbət çıxan xəstələrin 75 faizi, qan analizi mənfi çıxan xəstələrin 2,5 faizində xərçəng aşkarlanıb.

Araşdırmanın koordinatorlarından biri olan professor Mark Middleton bildirib ki, test hələ də xərçəngə qəti diaqnoz qoymaq üçün kifayət qədər dəqiq deyil. Amma diaqnozun sürətli qoyulması üçün mühüm irəliləyişdir.

Testi müsbət çıxan xəstələrdə endoskopiya və ya skan üsulu ilə yoxlama aparılacaq.

Testi ilə bağlı araşdırmanın nəticələri Çikaqoda Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında təqdim olunacaq və “The Lancet Oncology” jurnalında dərc olunacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png