ONN İnformasiya Agentliyi

Bakıda dumanlı hava müşahidə olunur

Bakıda dumanlı hava müşahidə olunur
29 Aprel 2023 - 11:15

Bakıda dumanlı hava şəraiti müşahidə olunur.

ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olmuşdu.

Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub.

Belə ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən aşağı enməsi, inversiya qatını əmələ gətirib.

Naftalan, Ağdam, Şamaxı, Şabran, Tərtər, Yevlax, Beyləqan, Göyçay, Şəmkir, Biləsuvar, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png