ONN İnformasiya Agentliyi

Bel ağrısından yata bilmirsinizsə SİZDƏ BU XƏSTƏLİK VAR

Bel ağrısından yata bilmirsinizsə SİZDƏ BU XƏSTƏLİK VAR
06 Aprel 2023 - 10:43

Gecə yarısı bel sizi yuxudan oyandıran bel ağrıları çox təhlükəli ola bilər.

ONN media xəbər verir ki, türkiyəli neyrocərrah və onurğa cərrahı İsmayıl Bozqurd bununla bağlı xəbərdarlıq edib.

Həkim bildirib ki, beyin və orqanlar arasında sinir əlaqəsini təmin edən onurğa beyni də beyin kimi qalın bir pərdə ilə qorunur. Həyati funksiyaları təmin edən onurğa beynində yarana biləcək problemlər hətta insanın iflic olmasına səbəb ola bilər. Onurğa beynində meydana gələn, yumşaq toxumalarda böyüyən və onurğa sümüklərinə təsir edən şişlərə onurğa beyni şişləri deyilir. Simptomları şişin əmələ gəldiyi yerə görə dəyişir. Amma problem yaranarkən ilk olaraq boyun ağrılarına səbəb olur.

Mütəxəssis onu da əlavə edib ki, xüsusilə gecələr sizi oyadan bel, bəzən boyun və qarın nahiyəsində şiddətli ağrılar bu baxımdan ciddi qəbul edilməlidir.

Onurğa beynində yaranan problemin əsas simptomları bunlardır:

Qollarda və ayaqlarda uyuşma, zəiflik və əzələ zəifliyi.

Gəzməkdə çətinlik.

Balans problemləri.

Bağırsaqların fəaliyyətində dəyişikliklər.

Sidik qaçırma və ya idrar etməkdə çətinlik.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png