ONN İnformasiya Agentliyi

Botanika İnstitutu söküləcək? – Rəsmi

Botanika İnstitutu söküləcək? – Rəsmi
08 Aprel 2023 - 17:51

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari fondunun əməkdaşlarının narahatlığı barədə açıqlama verib.

ONN media xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

“Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər. Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyi bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png