ONN İnformasiya Agentliyi

Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı

Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlandı
10 İyun 2023 - 9:11

“Diva” kimi tanınan məşhur türkiyəli sənətçi Bülent Ersoyun həyatından bəhs edən filmin hazırlıqlarına başlanılıb.

ONN media xəbər verir ki, filmin 2024-cü ilin sonlarında tamamlanacağı gözlənilir.

Bu barədə jurnalist Sina Koloğlu sosial media hesabında məlumat verib.

“Jurnalist Tuğrul Eryılmaz, psixiatr Camal Dindar, sosioloq Göksel Aymaz, jurnalist-yazıçı Gülşen İşeri, musiqi müəllifi Murat Meriç, yazıçı Murat Özyaşar və yazıçı-dramaturq Erdinç Ulutaşın da olduğu böyük bir məsləhətçi qrupu ilə ssenari çalışmalarına başlandı.Film böyük ehtimal, 2024-cü ilin sonuna qədər hazır olar”, – deyə o qeyd edib.

Sina Koloğlunun sözlərinə görə, hazırda Bülent Ərsoyla müsahibələr aparılır.“Jurnalist, sosioloq, psixiatrın olması önəmlidir. Hər bir mütəxəssis öz sahəsi üzrə suallar hazırlayır. Sonunda suallar ümumiləşdiriləcək və nəticəyə gəlinəcək”, – deyə o əlavə edib//oxu.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png