ONN İnformasiya Agentliyi

“Coca-Cola” ekologiyanın çirkləndirilməsində ittiham edilir

“Coca-Cola” ekologiyanın çirkləndirilməsində ittiham edilir
09 Sentyabr 2020 - 12:33

Rusiyada fəaliyyət göstərən “Coca-Cola”, “Danone”, “Procter & Gamble” (“P&G”), “Heineken” və digər beynəlxalq şirkətlərin müntəzəm şəkildə ətraf mühit standartlarını pozduğu aşkar edilib. Xarici şirkətlər ekologiya rüsumlarını ödəmir və istehsal etdikləri məhsullara dair hesabatlar təqdim etmir. Yoxlamanın nəticələri Baş Prokurorluğa göndərilib.

ONN media  xəbər verir ki, bu barədə Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətin (“Rosprirodnadzor”) hesabatında deyilir.

Qeyd olunub ki, istintaqa Dövlət Dumasının Ekologiya və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Nikolay Valuyevin təşəbbüsü ilə başlanılıb. Xarici şirkətlərin tullantıların utilizasiyası üzrə öhdəliklərə əməl etməməsi ekoloji fəlakətə səbəb ola bilər.

Qanuna görə, Rusiyadakı bütün istehsalçılar məhsulların tullantılarının utilizasiyasını təmin etməli, icraat hesabatını isə “Rosprirodnadzor”a təqdim etməlidir.

Ekologiya rüsumu istehsalın həcmindən, məhsulun növündən, ətraf mühit üçün təhlükəlilik səviyyəsindən və utilizasiyanın mürəkkəbliyindən asılıdır. Rüsum ilbəil artır. Hazırda utilizasiyanın maksimum normativi 30% təşkil edir, lakin Rusiya hökuməti bunu 100%-ə çatdırmaq niyyətindədir. Bu, ekoloji rüsumlar hesabına tullantıların utilizasiyası üzrə xərcləri artıracaq – illik 2,2 mlrd. rubldan 136 mlrd. rubladək.(apa)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png