ONN İnformasiya Agentliyi

Ermənistan Türkiyənin üzərinə muzdlu ordu göndərdi 

Ermənistan Türkiyənin üzərinə muzdlu ordu göndərdi 
07 Sentyabr 2020 - 17:33

Rusiya ötən həftə Ermənistandan 450 muzdlu döyüşçünü Suriyaya aparıb.

ONN media xəbər verir ki, bu barədə İsrailin NZİV.net saytı məlumat yayıb.

Məlumata görə, erməni muzdlular Suriyada Əsəd ordusunun tərkibində döyüşəcək.Erməni muzdlular baş ofisi Livanda yerləşən, Suriya və Livanda fəaliyyət göstərən hakimiyyət yönümlü Çenak partiyası (Əsəd rejimini dəstəkləyən-red) tərəfindən qəbul olunub. Muzdlu taboru Rusiyanın Suriyadakı bazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf idarə edir.

Sayt yazır ki, Rusiyanın Azərbaycanla münaqişədə Ermənistana dəstək verməsi və silahlandırmasından sonra erməni muzdluların Suriyaya gətirilməsinə nail olunub. Ermənistan bununla Azərbaycanı dəstəkləyən Türkiyəyə Suriyada cavab vermək istəyir.(Publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png