Ermənistanda son durum: 18 ölü

Ermənistanda son sutka ərzində daha 560 nəfərdə koronavirus aşkarlanıb, 18 pasiyent vəfat edib. ONN media bildirir ki, bu barədə “worldometers.info” saytı məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 20 268-ə, bu virusdan ölənlərin sayı isə 350-yə yüksəlib.

Hazırda aktiv xəstələrin sayı 10 916-dır.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbindən martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-nə qədər uzadılıb.