ONN İnformasiya Agentliyi

Gürcüstanda seçki sistemi DƏYİŞDİ

Gürcüstanda seçki sistemi DƏYİŞDİ
21 İyun 2020 - 21:25

Gürcüstan Parlamenti seçki sistemi ilə əlaqədar konstitusiyaya dəyişikliklər paketini birinci dinləmədə qəbul edib.

ONN media  xəbər verir ki, 113 deputatın dəstəyinə ehtiyac duyulan qanun layihəsinə, Parlamentin 136 üzvü lehinə, 5 üzvü isə əleyhinə səs verib.

Qanun layihəsi əsasən, 2020-ci il Parlament seçkilərinin qarşıq sistem əsasında, 120 proporsional, 30 majoritar olmaqla keçiriləcək. Siyasi partiyaların Parlamentdə təmsil edilmələri üçün, 1%-lik barieri keçmələrinə ehtiyyac var.

Bundan əlavə, seçkilərdə 40,54%-dən az səs toplayan partiya, tək başına hökuməti formalaşdıra bilməyəcək.

1%-lik barieri keçməyən partiyaların mandatları isə Parlamentdə bariyeri keçən və ən çox səs toplayan partiya və bloklar arasında bölüşdürüləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png