ONN İnformasiya Agentliyi

Hərəkətsizlik ölümə səbəb olur

Hərəkətsizlik ölümə səbəb olur
27 May 2023 - 18:02

Alimlər hər il dünyada əhalinin ölüm sayının artmasının əsas səbəblərindən birini açıqlayıb.

ONN media Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aparılan araşdırmalara görə son zamanlar ölümlərin artmasına əsas səbəblərdən biri kimi insanların hərəkətsizliyi göstərilib.

Dünya Ürək Federasiyası artan ölümlərin 6 faizinin insanların hərəkətsizliyi ilə bağlı olduğunu qeyd edib. Bildirilib ki, gündə ən az 1 saat ayaqla gəzməlisiniz. əgər oturaq işdə işləyirsinizsə, hər 1 saatdan bir ayağa qalxıb yerinizdə hərəkətlər edin.

Hazırki dönəmdə dünya əhalisinin böyük hissəsi şəkərli, duzlu və piylənməyə meyilləndirən qidalara üstünlük verir. Məhsulların düzgün şəraitdə saxlanılmaması 10 ölüm halından 4-nə səbəb kimi göstərilir.

Alimlər siqaret çəkənlərə də xəbərdarlıq edib. Əgər onu birdəfəlik tərgidə bilmirsinizsə, gündə istifadə sayını azaldın.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png