ONN İnformasiya Agentliyi

Hansı ölkə “TikTok”la bağlı qərar verdi?

Hansı ölkə “TikTok”la bağlı qərar verdi?
29 Mart 2023 - 16:32

Estoniya hakimiyyəti dövlət rəsmilərinə “TikTok” tətbiqindən istifadəni qadağan etmək qərarına gəlib.

ONN media xəbər verir ki, bu barədə “Eesti Paevaleht” qəzeti sahibkarlıq və informasiya texnologiyaları naziri Kristjan Jarvanın sözlərinə istinadən yazır.

Onun sözlərinə görə, Dövlət İnformasiya və Kommunikasiya Texnologiyaları Mərkəzi artıq Çinin “TikTok” tətbiqini qadağan etmək üçün müvafiq fərman verib. “TikTok” bu ay mərkəzdən idarə olunan bütün telefonlarda söndürüləcək” deyən nazir, bu məhdudiyyətlərin şəxsi telefonlara şamil olunmadığını bildirib.

Qeyd edək ki, Estoniya “TikTok”u məhdudlaşdırmağa cəhd edən ilk ölkə deyil. Hələ fevralın sonunda ABŞ-da federal qurumların işçilərinə bu tətbiqdən qurtulmaq əmri verilib. Eyni zamanda, Avropa İttifaqının müxtəlif qurumları öz işçilərinə bunu rəsmi smartfonlara quraşdırmağı qadağan edib. Oxşar qərarlar İngiltərə, Danimarka, Norveç və Fransada da qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png