ONN İnformasiya Agentliyi

İlk dəfə koronavirus barədə eşitdilər: ŞOK YAŞADILAR

İlk dəfə koronavirus barədə eşitdilər: ŞOK YAŞADILAR
24 Aprel 2020 - 1:57

Fevral ayında yelkənli qayıqla səyahətə çıxan Böyük Britaniyadan olan cütlük – Elena Maniqet və Ryan Osborn torpağa ayaq basanda eşitdiklərinə inanmayıblar.

ONN media xəbər verir ki, cütlük mətbuata müsahibəsində bildirib ki, onlar koronavirus dünya miqyasında yayılmazdan əvvəl Kanar adalarından Karib adaları istiqamətində üzməyə başlayıblar. GPS sistemi vasitəsiylə üzən cütlük, internet problem ilə üzləşdiklərinə görə nə mətbuatı izləyiblər nə də yaxınları ilə əlaqə qurublar.1 ay sonra Guadeloupe adasına çatan şəxslər eşitdikləri qarşısında şoka düşüblər.

Onlar koronavirusun dünyanı təsiri altına aldığını və tanıdıqları çox sayda insanın COVID-19-dan öldüyünü öyrəniblər. Cütlüyün sözlərinə görə, koronavirus epidemiyası səbəbilə Guadeloupe adası bağlı olduğu üçün onlar quruya çıxmaq barədə xüsusi icazə alıblar.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png