ONN İnformasiya Agentliyi

İranə Tağızadə dəfn olundu

İranə Tağızadə dəfn olundu
10 Aprel 2023 - 15:10

Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə dəfn olunub.

ONN media xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İ.Tağızadənin həyat yoldaşı Firdovsi Atakişiyev jurnalistlərə açıqlamasında ölüm səbəbi barədə danışmaq istəmədiyini bildirib: “Həm mədəniyyətimiz, həm də ailəmiz üçün böyük itkidir. Həyat yoldaşım indi rahatdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png