ONN İnformasiya Agentliyi

Keçmiş sevgilisini unuda bilməyən bürclər hansıdır? – Astroloqlar AÇIQLADI

Keçmiş sevgilisini unuda bilməyən bürclər hansıdır? – Astroloqlar AÇIQLADI
03 May 2023 - 16:39

Adətən münasibət bitdikdən sonra iki cür insan olur. Biri həyatına davam edir, digəri isə keçmişini heç vaxt unuda bilmir. Astroloqlar keçmiş sevgililərini unuda bilməyən üç bürcü müəyyən ediblər.

ONN media keçmiş sevgilisini unuda bilməyən üç bürc haqqında məlumatı təqdim edir:

Qoç bürcündə doğulanlar keçmiş sevgilisi ilə olan xatirələrini unutmaqda çətinlik çəkirlər.Hətta Qoçlar keçmişlərini unutmaq istəsələr belə, hər an ağıllarına xatirələr, yaşadıqları günlər gələ bilər.

Şir bürcü özünə güvənən təbiəti ilə tanınsa da ayrılıq yaşadıqları zaman asanlıqla ayrılsalar da, sona çatan əlaqəni unutması üçün illər lazım ola bilər. Ayrılığı asanlıqla qəbul edə bilmədiklərinə görə, Şirlər, adətən, keçmiş sevgilisini özünə bağlamağın yollarını axtarırlar.

Əqrəblər isə elə əqrəb kimi haqsızlığa məruz qalanda və ya incidildikdə qisas üçün o anı gözləyirlər. Məsələn, keçmiş həyat yoldaşının adını bir Əqrəbin yanında çəksəniz o dərhal kədərlənib pessimist olacaqdır. Necə deyərlər, Əqrəb bürcündə doğulanlar keçmişlərində aldıqları zərbənin zəhərini quyruqlarında gizlədirlər. Əgər siz israrla onlara keçmiş münasibətini xatırlatmağa cəhd etsəniz, sizə də heç xoş üz göstərməyəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png