ONN İnformasiya Agentliyi

Kimə sarımsaq yemək olmaz?

Kimə sarımsaq yemək olmaz?
30 Mart 2023 - 20:16

“Mədə-bağırsaq traktı xəstəliklərindən əziyyət çəkən şəxslər sarımsaqdan imtina etməlidir”.

Bu sözləri Dietoloq Yevgeni Arzamastsev xarici telekanallara müsahibəsində deyib. Həkim sarımsaq yeməyin kimlərə əks göstəriş olduğu barədə məlumatı diqqətə çatdırıb.

Həkim qeyd edib ki, sarımsağın tərkibində mədə selikli qişasını qıcıqlandıra bilən müxtəlif aktiv maddələr olduğuna görə bu məhsul bağırsaq və mədə xəstəlikləri olan insanlar üçün tövsiyə edilmir.

Buna baxmayaraq, remissiya (klinik simptomların yox olduğu xroniki xəstəliyin azaldılmasıdır) mərhələsində az miqdarda yeməklərə əlavə edilə bilər. Aktiv maddələrin bağırsaqlarda problem yarada bilməsi səbəbindən əməliyyatdan sonra da ondan imtina etmək lazımdır.

Həkimin sözlərinə görə, sarımsağın tərkibində qan axınına təsir edən maddələr də var ki, bu da fəsadlara səbəb ola bilər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png