ONN İnformasiya Agentliyi

Koronaya yoluxanların sayı açıqlandı

Koronaya yoluxanların sayı açıqlandı
01 İyun 2023 - 17:11

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

ONN media xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada infeksiyaya 15 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 16 nəfər sağalıb. İndiyədək ölkədə ümumilikdə 831 849 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 516 nəfər müalicə olunaraq sağalıb, hazırda 59 aktiv xəstə var.

Bu günə qədər 10 274 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 936, bu günə qədər isə ümumilikdə 7 623 270 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 55 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 965 701 olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png